• Bakı C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Plastik cərrahiyyəyə tələbat niyə artır? - Həkim səbəbləri açıqladı

CƏMİYYƏT

08 Aprel 2026 | 15:12

Plastik cərrahiyyəyə tələbat niyə artır? - Həkim səbəbləri açıqladı

"Plastik cərrahiyyəyə marağın artması bu sahədə yeni mərkəzlərin yaradılmasını zəruri edir".

Bakıvaxtı.az xəbər verir ki, bu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.

Onun sözlərinə görə, müasir dövrdə həm estetik, həm də rekonstruktiv əməliyyatlara maraq əhəmiyyətli dərəcədə artıb və bu tendensiya Azərbaycanda da özünü göstərir. Həkim bildirib ki, məhz bu artan tələbat ölkədə yeni ixtisaslaşmış klinikaların yaradılmasını şərtləndirir.

“Plastik cərrahiyyə deyəndə çox vaxt yalnız estetik əməliyyatlar nəzərdə tutulur. Halbuki bu sahə həm də rekonstruktiv, yəni bərpaedici cərrahiyyəni əhatə edir. Tarixən plastik cərrahiyyə müharibələrdən formalaşıb və bu gün də əməliyyatların böyük hissəsi məhz funksiyaların bərpasına yönəlib”, - deyə o vurğulayıb.

Mütəxəssis bildirib ki, rekonstruktiv əməliyyatlar insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır və bu sahəyə ehtiyac getdikcə artır. Dediyinə görə, bu tip əməliyyatları həyata keçirən ixtisaslaşmış mərkəzlərin sayının məhdud olması da yeni klinikaların yaradılmasını aktuallaşdırır.

Həkim əlavə edib ki, əsas məqsəd pasiyentlər üçün əlçatan və keyfiyyətli tibbi xidmət təmin etməkdir: “Xaricdə təhsil aldığım müddətdə Azərbaycan vətəndaşlarının müalicə üçün üzləşdiyi çətinlikləri yaxından müşahidə etmişəm. Buna görə də ölkə daxilində əlçatanlığı artırmaq bizim əsas hədəflərimizdəndir”.

O, həmçinin qeyd edib ki, belə mərkəzlər yalnız müalicə deyil, eyni zamanda elmi fəaliyyət, konsilium qərarları və yeni kadrların hazırlanması baxımından da mühüm əhəmiyyət daşıyır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR