• Bakı C

    10.31 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişdi

CƏMİYYƏT

08 Aprel 2026 | 14:04

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişdi

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Müşahidə Şurasının üzvləri:

Maliyyə nazirinin müavini

Səhiyyə nazirinin müavini

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Onu da bildirək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri icra edib.


SON XƏBƏRLƏR