• Bakı C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Baş həkim:Xəstələrin əməliyyatdan sonrakı ağrıları azaldılacaq

CƏMİYYƏT

08 Aprel 2026 | 15:37

Baş həkim: Xəstələrin əməliyyatdan sonrakı ağrıları azaldılacaq

"Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası həm təcili müdaxilələr, həm də yüksək texnologiyalı əməliyyatlar üçün tam təchiz olunub".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.

Onun sözlərinə görə, klinika fasiləsiz - sutkanın 24 saatı fəaliyyət göstərəcək və bu, cərrahi sahənin əsas tələblərindən biridir.

“Cərrahiyyə o deməkdir ki, hər an müdaxiləyə hazır olmalısan. Qanaxmalar, qəzalar, damar və sinir zədələnmələri, xüsusilə uşaqlarda baş verən travmalar kimi təcili hallar üçün 7/24 xidmət göstəriləcək”, - deyə o bildirib.

Həkim qeyd edib ki, planlı müraciətlər üçün isə poliklinika şöbəsi fəaliyyət göstərəcək və vətəndaşlar iş saatları ərzində müayinədən keçə biləcəklər.

Dilqəm Məmmədov vurğulayıb ki, klinika müasir tibbi avadanlıqlarla təchiz olunub və burada mürəkkəb mikrocərrahi əməliyyatlar icra ediləcək: “Mikrocərrahiyyə üçün xüsusi mikroskoplar, endoskopik və laparoskopik sistemlər, baş-boyun cərrahiyyəsi üçün müasir avadanlıqlar mövcuddur. Bu imkanlar bir çox mərkəzdə yoxdur”.

Onun sözlərinə görə, əməliyyat zamanı dəqiqliyi artırmaq üçün xüsusi görüntüləmə sistemləri və laborator imkanlar yaradılıb: “Şişlərin dəqiq lokalizasiyası, əməliyyat zamanı yoxlanılması və tam təmizlənməsi üçün müasir texnologiyalar tətbiq olunacaq”.

Mütəxəssis əlavə edib ki, laboratoriyada geniş spektrdə analizlər aparılacaq və bu da əməliyyat öncəsi və sonrası risklərin minimuma endirilməsinə kömək edəcək:

“Xroniki yaralar, diabetik ayaq problemləri və sağalmayan yaralar üçün xüsusi müalicə sistemləri, həmçinin müasir estetik və rekonstruktiv prosedurlar üçün innovativ texnologiyalar tətbiq ediləcək”.

Həkim bildirib ki, əməliyyatdan sonrakı dövrdə xəstələrin ağrısızlığına da xüsusi diqqət yetiriləcək: “Güclü anesteziya komandası və xüsusi metodlarla xəstələrin əməliyyatdan sonra ağrıları minimuma endiriləcək”.

Dilqəm Məmmədov onu da vurğulayıb ki, məqsəd pasiyentlərə təhlükəsiz, əlçatan və yüksək keyfiyyətli tibbi xidmət göstərməkdir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR