• Bakı C

    10.31 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

İranda partlayışlar baş verdi - YENİLƏNİB

DÜNYA

08 Aprel 2026 | 14:16

İranda partlayışlar baş verdi - YENİLƏNİB

Bu gün səhər İranın Lavan adasında yerləşən neft təsisatlarında baş verən partlayışların səbəbi hava hücumları olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Mehr” xəbər verir.

    Bildirilib ki, təhlükəsizlik və yanğınsöndürmə qrupları hazırda yanğını nəzarət altına almaq və obyektlərin təhlükəsizliyini təmin etmək üçün çalışırlar.

    Ölü və yaralıların olması ilə bağlı məlumat verilməyib.

    ***

    13:16

    İranın Lavan və Siri adalarında partlayışlar baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

    Qeyd edilib ki, partlayışların səbəbi hələlik məlum deyil.

      Bildirilib ki, atəşkəsin qüvvəyə minməsindən sonra Lavan adasındakı neft emalı zavodunda bir neçə partlayış baş verib.

      Siri adasında da bir sıra partlayışların baş verdiyi bildirilir.


      SON XƏBƏRLƏR