• Bakı 10° C

    13.85 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə geniş tərkibdə görüş keçirib - YENİLƏNİB

SİYASƏT

08 Aprel 2026 | 13:10

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə geniş tərkibdə görüş keçirib - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev arasında geniştərkibli görüş keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

    Azərbaycan və Qazaxıstan iqtisadiyyat, ticarət, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, texnologiya və rəqəmsal sahələrdə artan əməkdaşlığı qeyd edərək güclü strateji əlaqələri bir daha təsdiqləyiblər.

    Nazirlər həmçinin Orta Dəhlizin Avropa-Asiya ticarətinin artırılmasında rolunu və tranzit infrastrukturuna və regional bağlantıya töhfə verən birgə layihələrin əhəmiyyətini vurğulayıblar.

    Hər iki tərəf Yaxın Şərqdə gərginlikdən narahatlıq ifadə edib, tərəflər arasında əldə olunmuş atəşkəsin regiona sabitlik və sülh gətirəcəyinə ümid etdiklərini bildiriblər.

    Nazirlər həmçinin digər regional və qlobal təhlükəsizlik çağırışlarını müzakirə ediblər.

    Nazir Ceyhun Bayramov həmçinin həmkarını Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumatlandırıb.

    ***

    13:02

    Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri arasında geniştərkibli görüş keçirilib.

    ***

    12:19

    Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev arasında təkbətək görüş keçirilir.

    Bakıvaxtı.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında məlumat yayıb.

    ***

    12:09

    Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi qəbul edib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.

     


    SON XƏBƏRLƏR