• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Uşaqlarınıza bu şokoladları verməyin - Həkimdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

01 Aprel 2024 | 16:29

Uşaqlarınıza bu şokoladları verməyin - Həkimdən XƏBƏRDARLIQ

Marketlərdə həddən çox şirniyyat və şokolad seçimləri var. Xüsusən uşaqlar üçün nəzərdə tutulmuş şokolad məhsulları çoxdur. Təəssüf ki, bu çoxluğun içərisində sağlamlığa zərər verməyən bir şey tapmaq müşkül məsələyə çevrilib.

Belə ki, marketlərdə satılan şirniyyat və şokolad məhsullarının, demək olar hamısının tərkibində palma yağı, dadlandırıcı və ətirləndirici maddələr var. Xərçəng xəstəliyinin gəncləşdiyi bir dövrdə bunları almaq istər böyüklər, istərsə də uşaqlar üçün böyük təhlükədir.

Qeyd edək ki, palma yağı məhsulda çox yüksək temperaturlara məruz qalaraq istifadə olunur. Palma yağı hazır yeməklərin və yarımfabrikatların hazırlanmasında ən geniş istifadə olunan yağdır. Buna səbəb bu yağın nisbətən ucuz olmasıdır. Tərkibindəki yüksək doymuş yağ səbəbiylə xolesterinin səviyyəsini artırdığı, infarkt və insult riskini artırdığı bildirilir.

Pediatr Qoşqar İsmayılov Bakıvaxtı.az-a açıqlamasında şokalad istər bahalı, istərsə də ucuz olsun, tövsiyə etmədiyini deyib. O, ucuz şokolad və digər şirniyyatları heç məsləhət görmür:  “Çünki onların tərkibində konservantlar var. Bu konservantlar insanlarda, xüsusən də uşaqlarda gələcəkdə müxtəlif xroniki, hətta genetik xəstəliklər yarada bilər”.

Qoşqar İsmayılov: Konservantlar xroniki, hətta genetik xəstəliklər yarada bilər

Müsahibimiz qeyd edib ki, hamilələr sözügedən məhsullardan çox istifadə etdikdə doğulacaq uşaqda müxtəlif xəstəliklər yarana bilər:

“Xroniki xəstəliklər daha çox yaranır. Buna mədə-bağırsaq, sinir sitemi, dəri və allergik xəstəlikləri misal çəkmək olar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026