• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Paşinyan Ermənistan kilsəsinin rəhbərini “taxtı ələ keçirməkdə” ittiham edib

DÜNYA

22 Oktyabr 2025 | 21:28 | Müəllif: Gülşən Şərif

Paşinyan Ermənistan kilsəsinin rəhbərini “taxtı ələ keçirməkdə” ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Apostol Kilsəsinin rəhbəri II Qaregini səlahiyyətsiz şəkildə taxtı ələ keçirməkdə ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Novosti Armenia” yayıb.

“Nersisyan çoxdan ruhani rütbəsindən məhrum edilib və kilsə nümayəndəsi deyil. O, özünə bənzərlərlə birlikdə patriarx taxtını ələ keçirib”, – deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, katolikos subaylıq andını pozduğuna görə ruhani rütbəsindən məhrum edilib.

Paşinyan həmçinin kilsə rəhbərindən onun arvadı və uşaqları barədə yayılan məlumatlara izahat verməsini tələb edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026