• Bakı C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

SİYASƏT

24 Mart 2026 | 18:15

Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.

“Pakistan regionda və onun hüdudlarından kənarda sülh və sabitlik naminə Yaxın Şərqdəki müharibəni dayandırmaq üçün dialoqun aparılmasına yönəlmiş səyləri alqışlayır və tam dəstəkləyir.

ABŞ və İranın razılığı olduğu təqdirdə, Pakistan davam edən münaqişənin hərtərəfli həllinə nail olmaq üçün mənalı və yekun danışıqların keçirilməsinə ev sahibliyi etməyə hazırdır və bundan şərəf duyar”,- Şahbaz Şərif bildirib. /Apa


SON XƏBƏRLƏR

23 Mart 2026