Yaxın Şərqdə gərginlik davam edərkən Yaponiyadan diqqətçəkən bir açıqlama gəlib. Tokio rəhbərliyi bölgədəki təhlükəsizliyə töhfə vermək siqnalını verib.
Bakıvaxtı.az Türkiyənin "sabah.com.tr" saytına istinadən xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Toşimitsu Mooteqi atəşkəs təmin ediləcəyi təqdirdə Hörmüz boğazında aktiv rol ala biləcəklərini bəyan edib.
Mooteqi ölkə mətbuatına verdiyi açıqlamada vurğulayıb ki, Yaponiyanın hərbi addım atması yalnız tam atəşkəs əldə olunduğu halda mümkün ola bilər. Açıqlamada qeyd olunub ki, ehtimal edilən missiya çərçivəsində minalardan təmizləmə fəaliyyətləri ön plana çıxır. Yaponiyanın minalardan təmizləmə texnologiyası sahəsində dünyanın ən qabaqcıl ölkələrindən biri olduğunu bildirən Mooteqi bu potensialın Hörmüz boğazında istifadə edilə biləcəyini deyib. Atəşkəsdən sonra dəniz minalarının təhlükə yaratmağa davam edəcəyi təqdirdə Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) bölmələrinin bölgəyə göndərilə biləcəyi qeyd edilib.
Mooteqi bu vəziyyətin "nəzərə alınmalı olan bir seçim" olduğunu bildirib.
Aydın Baxış
Bakı 




