• Bakı 10° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Meyxanaçı: "Brilliant Dadaşova, belə mahnı oxuma, efirə sanballı çıx" - VİDEO

ŞOU

24 Mart 2026 | 14:41

Meyxanaçı: Brilliant Dadaşova, belə mahnı oxuma, efirə sanballı çıx - VİDEO

"Bəzi müğənnilərmiz son vaxtlar bazara düşsünlər deyə elə mahnılar oxuyurlar ki... Oxumayın da... Sizin mahnılar deyil axı".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Afaqla 10lar" verilişində deyib. Sənətçi Xalq artisti Brilliant Dadaşovaya irad bildirib:

"Brilliant Dadaşovanın özünə də dedim: "Hacının bir yarı vardı". Sən "Sevəcəyəm" oxuyan adam... Belə mahnıları oxumurlar deyə, biz qalırıq belə ki, nə yazım? Məclisdə oxu, Allah xeyrini versin. Məclisdə hər şey olar. Efirə, radiolara vermə.

Qoy başqası paylaşsın, siz səhifənizdə paylaşmayın. Radioya, efirə sanballı çıx. Özünə qadağa qoy ki, bunu oxuya bilmərəm. Mən özümə qadağa qoyuram. Öz mahnılarımdan başqa başqa mahnı oxumaram. Toyda hər şey oxuyursan".

 


SON XƏBƏRLƏR

23 Mart 2026