• Bakı C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Sevgilisini başından güllələyib ÖLDÜRDÜ

DÜNYA

24 Mart 2026 | 17:28

Sevgilisini başından güllələyib ÖLDÜRDÜ

Diyarbəkirın Yenişehir rayonunda bir evdə baş verən mübahisə qətllə nəticələnib. Cafer B. sevgilisi Aleyna Yarayı tapança ilə başından vuraraq öldürüb.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə axşam saatlarında Yenişehir rayonunun Üçkuyu məhəlləsində yerləşən evdə baş verib. Cafer B. ilə sevgilisi  arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra Cafer B. tapança ilə Yarayın başına atəş açıb.

Hadisədən sonra Cafer B. təcili yardıma zəng edərək məlumat verib. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Həkimlərin müayinəsi zamanı A.Yarayın həyatını itirdiyi müəyyən edilib.

Saxlanılan Cafer B. polis bölməsində aparılan əməliyyatlardan sonra məhkəmə qərarı ilə həbs edilib. /Lent.az


SON XƏBƏRLƏR

23 Mart 2026