• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Özünü asan oğlanı anası son anda xilas etdi

CƏMİYYƏT

25 Mart 2021 | 18:20

Özünü asan oğlanı anası son anda xilas etdi

Göyçay rayonunda intihara cəhd olub.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Şəkər kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə kəndirlə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

Boğularaq koma vəziyyətinə düşən Kamal Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünü öldürmək istəməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR