• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ötən ay zəhərlənmiş 7 nəfər dünyasını dəyişib

CƏMİYYƏT

05 Sentyabr 2023 | 09:18

Ötən ay zəhərlənmiş 7 nəfər dünyasını dəyişib

Avqust ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 703 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, onlardan 162 nəfər Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olunan xəstələrdən 83-ü dərmandan, 37-si sirkə turşusundan, 17-si etanoldan, 2-si dəm qazından 1-i anaflaksiyadan zəhərlənib. Digərlərindən 4-ü allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin onlardan 16 nəfəri ilan, 1-ni isə həşərat sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib. Onlardan 6-sı kişi, 1-i qadın olub. Ölüm halının 6-sı sirkə turşusundan, 1-i isə dərman zəhərlənməsindən baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026