• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ölkədə gömrük yığımları ilə bağlı QƏRAR

İQTİSADİYYAT

06 Fevral 2023 | 19:07 | Müəllif: Subhan Mahmudov

Ölkədə gömrük yığımları ilə bağlı QƏRAR

Azərbaycanda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmayan halların siyahısı genişlənib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, bu siyahıya silah və texnikanın alınması daxil olmaqla, dövlət müdafiə sifarişləri, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan qurumlar tərəfindən bağlanmış müqavilələr və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında hərbi təyinatlı malların idxalı və hərbi təyinatlı malların təmiri üçün müvəqqəti ixrac və təkrar idxal əməliyyatları halları daxil edilib.

Bu qərar 2023-cü ilin martın 6-dan qüvvəyə minir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026