• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Oğuzda avtomobil ağaca çırpılıb - Xəsarət alanlar var

HADİSƏ

09 Avqust 2021 | 18:26 | Müəllif: Subhan Mahmudov

Oğuzda avtomobil ağaca çırpılıb - Xəsarət alanlar var

Oğuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qumlaq-Xalxal avtomobil yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 99-BY-294 dövlət qeydiyyat nişanlı "Toyota Corolla" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı zərbənin gücündən avtomobilin mühərriki qoparaq yol kənarına düşüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026