• Bakı 17° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Nurlan Librenin evindən qızıl götürülüb? - DİN-dən açıqlama

HADİSƏ

27 Fevral 2025 | 14:43

Nurlan Librenin evindən qızıl götürülüb? - DİN-dən açıqlama

İqtisadi fəaliyyət sahəsində olan cinayət faktı ilə əlaqədar şübhəli şəxs qismində həbs edilən Nurlan Qəhrəmanlının (Libre) yaşadığı evdə aparılan axtarışla bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətənin əməkdaşı Elburus İbrahimov Bakıvaxtı.az-a bildirib ki, barəsində cinayət təqibi həyata keçirilən N.Qəhrəmanlının yaşadığı ünvanda məhkəmə qərarı əsasında özünün və ailə üzvlərinin iştirakı ilə axtarış aparılıb: “Həmin ünvandan 6650 manat və 975 ABŞ dolları aşkar olunaraq maddi sübut kimi götürülüb. Evdən hansısa qızıl-zinət əşyasının götürülməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Nurlan Librenin həyat yoldaşı Əsli Əlizadə Nurlanın anasının evində həyata keçirilmiş axtarış zamanı qızıl əşyaların götürüldüyünü iddia etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR