• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Neftin bahalaşması maaş və pensiyalara necə təsir göstərəcək?

CƏMİYYƏT

11 Sentyabr 2023 | 10:45

Neftin bahalaşması maaş və pensiyalara necə təsir göstərəcək?

"Son 3 ayda neftin dünya bazar qiyməti 22.0 faiz yüksəlib. Artıq Brent markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, neftin dünya bazar qiymətindəki artımlar hasilatın azaldılması ilə yanaşı həmçinin tələbin yüksəlməsi ilə bağlıdır. Deputat qeyd edib ki, OPEK + alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür.

Neftin qiymətinin artması əmək haqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək?

V.Bayramov bildirib ki, neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır: "Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir".

Deputatın sözlərinə görə, əmək haqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq.

“Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır", - deyə Vüqar Bayramov əlavə edib.

Aytac Aslan

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026