• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Neftin qiyməti bahalaşır

İQTİSADİYYAT

18 Avqust 2021 | 10:33

Neftin qiyməti bahalaşır

Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların azalması haqqında məlumatı dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşır.

Bakıvaxtı.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:48-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,28% bahalaşaraq, 1 bareli 69,22 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti 0,33% artaraq 1 bareli 66,56 ABŞ dolları, oktyabr fürerslərinin qiyməti isə 0,35% artaraq, 1 bareli 66,82 ABŞ dolları təşkil edib.

API-nin məlumatına görə, avqustun 13-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatları 1,16 milyon barel azalıb. Analitiklər ehtiyatların 1,26 milyon barel azalacağını güman edirdilər.

ABŞ-ın Energetika Nazirliyi tərəfindən neft ehtiyatları ilə bağlı bu gün açıqlanacaq rəsmi stastistikada 1,05 milyon barel azalmanın elan olunacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026