Naxçıvan şəhərində yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün şəhərin Nizami küçəsində baş verib. "Kia" markalı avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Culfa rayon Ərəzin kənd sakini Səmanə İmanovanı vurub. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanaına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılıb.











jpg-1679412650.webp)
jpg-1679410930.webp)



