• Bakı 13° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Mənzildən 120 min dollarlıq qızıl oğurlandı

HADİSƏ

02 Mart 2023 | 12:19

Mənzildən 120 min dollarlıq qızıl oğurlandı

Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və ötən ilin dekabr ayından cari il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026