q
  • Bakı 11° C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Məktəbdəki qətliamı qəhrəman aşbaz dayandırıbmış...

DÜNYA

17 Aprel 2026 | 01:00

Məktəbdəki qətliamı qəhrəman aşbaz dayandırıbmış...

Qəhrəmanmaraşda 9 nəfərin ölümü ilə nəticələnən dəhşətli məktəb hücumu zamanı faciənin daha da böyüməsinin qarşısını alan şəxs məlum olub. Övladları həmin məktəbdə oxuyan və peşəsi aşbaz olan Nəcməddin Bəkçinin müdaxiləsi hücumçunu zərərsizləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, istintaqa ifadə verən Nəcməddin Bəkçi hadisə anını belə təsvir edib:

"Evdə oturarkən çəkic səsinə bənzər səslər eşitdim. Balkona çıxanda uşaqların pəncərələrdən atılıb qaçdığını gördüm. Övladlarımın orada olduğunu düşünüb dərhal məktəbə qaçdım".

Məktəbin arxa qapısından içəri girən qəhrəman valideyn qanlı mənzərə ilə qarşılaşıb.

Pilləkənlərlə yuxarı qalxanda məktəb kantininin işçisi və iki müəllimin iri cüssəli hücumçunu tutmağa çalışdığını görüb.

Hücumçunun (İsa Aras Mersinli) əlindən qaçıb başqalarına da zərər verməməsi üçün Nəcməddin Bəkçi aşbazlıq vərdişi ilə haradansa əldə etdiyi bıçaqla onun sağ ayaq nahiyəsinə bir zərbə endirib.

Bəkçi öz ailəsinin də təhlükədə olduğunu bildirib:

"Qızımı həyətdən götürdüm, oğlum isə artıq evə qaçmışdı. Oğlum silah səslərini eşidəndə tualetdə gizlənib. Onun sinif yoldaşlarından ikisi həyatını itirib."

Mütəxəssislər qeyd edirlər ki, aşbaz Nəcməddin Bəkçinin bu cəsarətli müdaxiləsi olmasaydı, hücumçu digər siniflərə də girə bilərdi. Əvvəlki xəbərlərdə qeyd olunan hücumçunun ayağındakı "sirli" kəsici yaranın məhz bu müdaxilə nəticəsində yarandığı və hücumçunun elə həmin yaradan yaranan qanaxma nəticəsində öldüyü (həmin an "məni bağışla" deyə qışqıraraq) artıq tam sübuta yetirilib./Milli.az


SON XƏBƏRLƏR

16 Aprel 2026