q
  • Bakı 15° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib

DÜNYA

16 May 2026 | 17:44

Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Hava Hücumundan Müdafiə (HHM) sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

"Fransa raket hücumundan müdafiə sahəsində işləməyə hazırdır. Biz həmçinin Rusiyanın hücumlarının dəf edilməsi üzrə imkanlarımızın gücləndirilməsini müzakirə etdik. Hava Hücumundan Müdafiəmizi gücləndirməyə hazırlığınıza görə təşəkkür edirəm", - o qeyd edib.

V.Zelenski həmçinin Fransa lideri ilə Ukraynanın avrointeqrasiyası və yaxın vaxtlarda bütün danışıqlar klasterlərinin açılması məsələlərini müzakirə edib.


SON XƏBƏRLƏR

15 May 2026