• Bakı 18° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Lerikdə avtomobildən 9 kiloqram marixuana aşkarlandı

HADİSƏ

27 Iyul 2026 | 16:29 | Müəllif: Əli Hüseynov

Lerikdə avtomobildən 9 kiloqram marixuana aşkarlandı

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, keçirilən tədbirlər zamanı qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Faris Hüseynov saxlanılıb.

Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman ümumi çəkisi 9 kiloqram olan narkotik vasitə – marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026