• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Külək Bakıda 27 ağacı aşırdı

CƏMİYYƏT

28 Dekabr 2023 | 11:44 | Müəllif: Qalib İbrahimoğlu

Külək Bakıda 27 ağacı aşırdı

Güclü külək nəticəsində Bakının müxtəlif ərazilərində 27 ağac aşıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Məlumata görə, birliyin əməkdaşları tərəfindən fəsadlar operativ olaraq aradan qaldırılıb.

Qeyd edək ki, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində hava şəraiti dəyişib.

Küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında 25-28 m/saniyəyə çatır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026