• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Karate tarixində ilk olimpiya çempionu məlum oldu

İDMAN

05 Avqust 2021 | 15:49

Karate tarixində ilk olimpiya çempionu məlum oldu

İspaniyalı Sandra Sançes karate üzrə ilk olimpiya çempionu kimi tarixə düşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, qadınlar arasında kata yarışlarına qatılan 30 yaşlı idmançı finalda yaponiyalı Kiyu Şimizunu məğlub edib. O, 28,06 xal, Şimizu 27,88 xal toplayıb.

Bürünc medalları isə Honq Konqdan olan Lau Qreys və İtaliya təmsilçisi Viviana Bottaro qazanıb.

Qeyd edək ki, karate olimpiadada ilk dəfə təmsil olunur. Azərbaycanı kumite növündə 3 nəfər təmsil edir. Onlardan Firdovsi Fərzəliyev (67 kq) bu gün mübarizə aparıb və qrup səddini keçə bilməyib. Rafael Ağayev (75 kq) avqustun 6-da, İrina Zaretska (+61 kq) avqustun 7-də çıxış edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026