• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Kamçatkada zəlzələ oldu

HADİSƏ

15 Iyul 2026 | 08:41 | Müəllif: Əli Hüseynov

Kamçatkada zəlzələ oldu

Kamçatka sahillərində 6,0 və 5,7 maqnitudalı iki zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az Rusiya Elmlər Akademiyasının (REA) Vahid Geofizika Xidmətinə istinadən xəbər verir ki, hər iki zəlzələ iyulun 15-də altı dəqiqə fasilə ilə baş verib.

Qeyd olunur ki, yeraltı təkanların episentrləri Petropavlovsk-Kamçatskdan cənub-şərqdəki akvatoriyada yerləşib.

6,0 maqnitudalı ilk zəlzələ şəhərdən 210 km aralıda, 64,6 km dərinlikdə qeydə alınıb. 5,7 maqnitudalı ikinci yeraltı təkan Petropavlovsk-Kamçatskdan 206 km aralıda, 72 km dərinlikdə baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026