• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İsrail Suriyanı vurdu

DÜNYA

20 Avqust 2021 | 13:35

İsrail Suriyanı vurdu

Suriyanın SANA xəbər agentliyi və digər ərəb mətbuatı İsrail Hərbi Hava Qüvvələrinin avqustun 20-də gecə vaxtı Suriya ərazisinə hava zərbəsi endirdiyini bildirib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, avia zərbələri həyata keçirən İsrail təyyarələri həmin vaxt Livanın hava məkanında olub.

Mətbuatda Suriya Hava Hücumundan Müdafiə sistemlərinin işə düşdüyü bildirilir. Eyni zamanda, Livan mənbələri Beyrut və Dahiya üzərində hərbi təyyarələrin hərəkət etdiyi ilə bağlı məlumat yayıb. Suriyalı hüquq müdafiəçiləri İsrailin "hərbi hədəflərə" hücum etdiyini deyiblər.

İsrail tərəfdən heç bir şərh verilməyib. Daha sonra Suriya mətbuatı İsrailin Xoms bölgəsinə də zərbə endirdiyi xəbərini verib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026