Bu gün İrəvanın mərkəzində bir qrup erməni çiyninə qondarma rejimin "bayrağını" atan yaşlı kişini döyüb.
Bu barədə videogörüntülər yayan erməni Teleqram kanalları əvvəlcə yaşlı kişinin əski parçası olan "bayraqla" təxribata cəhd etdiyini bildiriblər. Daha sonra onun baş nazir Nikol Paşinyanın istefasını tələb edən şüarlar səsləndirməsi səbəbindən döyüldüyü üzə çıxıb.
Məlum olub ki, Paşinyan tərəfdarı olan bir qrup aktivist qocaya təhqiramiz ifadələrinə görə fiziki təzyiq göstəriblər.(azvision.az)
















