İranın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri Minab şəhərindən 104 kilometr məsafədə, 50 kilometr dərinlikdə yerləşib. İtki və dağıntılar barədə məlumat yoxdur.
















