• Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İnsan alveri ilə məşğul olan 2 cinayətkar qrup zərərsizləşdirilib

HADİSƏ

14 Mart 2025 | 12:10

İnsan alveri ilə məşğul olan 2 cinayətkar qrup zərərsizləşdirilib

Ötən il 161 insan alveri və 1 məcburi əməyə cəlbetmə cinayəti qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, insan alveri ilə məşğul olan 2 cinayətkar qrup zərərsizləşdirilib, bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib:

“Qurbanların 56-sı sığınacağa yerləşdirilib, onların müdafiəsi, tibbi, psixoloji yardımlarla əhatə olunması, zəruri geyimlə təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb. 80 insan alveri qurbanına birdəfəlik müavinətlər verilmiş, 9-u işlə təmin edilmiş, 18-i peşə kursuna, 63-ü yardım mərkəzinə yönləndirilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026