• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Həkimin anası qətlə yetirilib? - Baş Prokurorluq

HADİSƏ

06 Iyun 2022 | 18:46 | Müəllif: Subhan Mahmudov

Həkimin anası qətlə yetirilib? - Baş Prokurorluq

Baş Prokurorluq həkim terapevt Aysel Əsgərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparıldığı qeyd edilib:

"Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcəkdir".

Qeyd edək ki, həkim terapevt Aysel Əsgərova sosial şəbəkədə paylaşım edərək, anası Qismət Əsgərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR