Fövqəladə Hallar Nazirliyi (FHN) Şəkidə avtomobil təmiri sexində yanğın barədə məlumat yayıb.
FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Şəki şəhərində ümumi sahəsi 245 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 195 m² sahədə və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Sexin qalan hissəsi və içərisində olan digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
*** 11:33
Şəkidə avtomobil təmiri sexlərində yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, bu gün səhər saatlarında Şəki şəhəri, Sarabski küçəsində, rayon sakini Şakir Zakir oğlu Xəlilova məxsus, ümumi sahəsi 245 kvadratmetr olan maşın təmiri sexlərində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və 15 şəxsi heyəti hadisə yerinə cəlb edilib.
Yanğın nəticəsində sexlərin 195-kv/m lik sahəsinin yanar konstruksiyaları yanıb. Təmirə qoyuşmuş minik avtomobillərindən "Mersedes" markalı maşın yanğından mühafizə olunub, "VAZ 2107" markalı maşın isə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. (apa)
















