• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində insident

HADİSƏ

05 Aprel 2021 | 22:50

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində insident

Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlıların yaşadığı Qabal kəndində insident olub.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə zamanı gəncə soyuq silahla xəsarətlər yetirilib.

Yerli sakinlərin sözlərinə görə, insidentdən öncə mübahisə baş verib.

Qarın nahiyəsindən yaralanan şəxs xəstəxanaya çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda operativ əməliyyat-axtarış və ehtimal olunan cinayətkarın müəyyən edilməsi və saxlanılması üzrə tədbirlər həyata keçirilir.

Yayılan məlumatlara əsasən, bıçaqlanan şəxs kəndin mərkəzində yerləşən kafelərdən birinin sahibinin oğludur. Onun masa arxasında qonaqla mübahisə etdiyi bildirilir.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR