• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

FTB Ağ Evdə kokain tapılması ilə bağlı təhqiqatı yenidən açacaq

DÜNYA

27 May 2025 | 09:04

FTB Ağ Evdə kokain tapılması ilə bağlı təhqiqatı yenidən açacaq

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2023-cü ilin iyul ayında Ağ Evdə kokain aşkarlanması ilə bağlı araşdırmanı bərpa edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FTB direktorunun müavini Den Bonqino “X” hesabında məlumat verib.

    Onun sözlərinə görə, FTB-nin yeni direktoru Keş Patelin korrupsiya ilə bağlı işlərlə bağlı istintaqın yenidən açılması və ya əlavə resursların yönəldilməsi barədə qərar qəbul edib.

    Bonqinonun sözlərinə görə, bu işlərə kustar üsulla hazırlanmış partlayıcı qurğular (2021-ci il yanvarın 6-da Vaşinqtonda iğtişaşlar baş verən gün ABŞ Konqresinin yaxınlığında tapılıb) və əvvəlki administrasiya dövründə Ağ Evdə kokain aşkarlanması işi daxildir.

    ABŞ rəsmiləri və mediasına görə, narkotik vasitələr 2023-cü il iyulun 2-də Ağ Evin Qərb Qanadında işçilərin və ziyarətçilərin mobil telefonlarını saxladıqları şkafda aşkarlanıb. Qərb qanadında həmçinin Prezidentin Oval Ofisi yerləşir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Oktyabr 2026