"Neftçi"nin "Makkabi"dən Freddi Varqas transferini rəsmiləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, Venesuela milli komandasının futbolçusu 2+1 il ərzində "Neftçi"nin formasını geyinəcək.
Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi" (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.
***
15:31
"Neftçi"nin "Makkabi"dən (Netanya) transferini rəsmiləşdirməyə yaxın olduğu venesuelalı yarımmüdafiəçi Freddi Varqas artıq Azərbaycandadır.
Bakıvaxtı.az Fanat.Az-a istinadən xəbər verir ki, ötən mövsüm icarə əsasında formasını geyindiyi "ağ-qaralar"ın heyətində parlaq çıxışla yadda qalan legioner bu gecə Bakıya gəlib.
27 yaşlı oyunçunun 2+1 illik müqaviləyə imza atacağı gözlənilir.
Varqas Venesuela millisinin heyətində son olaraq bu ilin martında DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvador yığması ilə matça çıxıb. Ölkəsinin "Deportivo Lara" klubunun yetirməsi olan Freddi daha öncə ABŞ-də də legioner həyatı yaşayıb. Geridə qalan mövsümdə "Neftçi"nin heyətində Misli Premyer Liqasında 31 matça çıxan orta xətt oyunçusu 5 qolla yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 900 min avro məbləğində dəyərləndirir.
Bakı 



