• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransa Rusiyadakı prezident seçkilərini dəyərləndirdi 

DÜNYA

18 Mart 2024 | 14:38

Fransa Rusiyadakı prezident seçkilərini dəyərləndirdi

Fransa Xarici İşlər Nazirliyi Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini dəyərləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

Fransa XİN-in məlumatına görə, Rusiyada prezident seçkiləri beynəlxalq müşahidə olmadan keçirilib.

Paris həmçinin yeni ərazilərdə və Krım yarımadasında səsverməni pisləyib:

“Rusiyada seçki prosesi vətəndaş cəmiyyətinə, müxalifətə qarşı repressiyaların artması, söz azadlığının getdikcə artan məhdudiyyətləri və müstəqil medianın fəaliyyətinin qadağan edilməsi kontekstində baş tutub...”

Məlumatda namizədlərin mediaya bərabər çıxışı ilə bağlı standartlara da əməl olunmadığı qeyd olunub:

“Azad, plüralist və demokratik seçkilər üçün şərait yenə də təmin olunmayıb”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026