"Aşk-ı Memnu"da "Firdevs Yöreoğlu" obrazı ilə yaddaşlara həkk olan Nebahat Çehre "Pazar Gezmesi" proqramında səmimi açıqlamalar verib.
Bakıvaxtı.az xəbər verir ki, Çehrənin proqramdakı ən diqqət çəkən açıqlamalarından biri analıqla bağlı olub.
Analıq üçün çox gec qaldığını söyləyən Çehre, "Analığın 50 il davam edəcəyinə inansaydım, mütləq ana olardım. Amma o vaxtlar vəziyyət fərqli idi və mən karyerama diqqət yetirmişdim. İndi geri baxanda bu, mənim üçün peşmançılıq olaraq qalır", - deyib.
Digər tərəfdən, aktrisa evlilikləri haqqında danışıb:
"Yılmaz Güney mənim şəxsi həyatımın bir hissəsi idi. Yavuz Demirlə evliliyim də şəxsi həyatımın bir hissəsidir. Bu günə qədər heç vaxt şəxsi həyatım haqqında danışmamışam və ya paylaşmamışam. Həyatım boyu ikinci evliliyim haqqında da heç nə deməmişəm".
Bakı 




