• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistanda böyük miqrasiya başlayır

DÜNYA

05 Mart 2021 | 22:25

Ermənistanda böyük miqrasiya başlayır

Ermənistandan böyük miqrasiyanın olacağı gözlənilir.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, sosioloqlar ölkədən getmək istəyənlərin sayının 200 min civarında olduğunu söyləyirlər.

Bu məlumatı 5 martda İrəvan-Moskva telekörpüsündə professor Aşot Tavadyan bölüşüb. O bildirib ki, ermənilərin Ermənistanı tərk etməsi həm də ölkənin zərərinə olan ciddi siyasi nəticələrdir. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının gücləndirilməsi, işsizliyin səviyyəsinin aşağı salınması müsbət dəyişikliklərə səbəb ola bilər.

Qarabağ döyüşlərində sarsıdıcı zərbələr alan Ermənistanın perspektivinə inanmayan ermənilər pandemiyanın bitməsini, sərhədlərin açılmasını səbirsizliklə gözləyirlər. Rəsmi siyahıya görə, ölkədə əhali sayı 2.9 milyon, qeyri-rəsmi məlumata görə isə 2 milyondan azdır.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün YAP-ın qurultayında çıxışında Ermənistanda 1,8 milyon əhali yaşadığını bildirib. Prezidentin dediyi rəqəmin təsadüfü olmadığı, əsl reallığı əks etdirdiyinə isə heç bir şübhə yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026