• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olub

HADİSƏ

17 Avqust 2025 | 09:00 | Müəllif: Gülşən Şərif

Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olub

Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub

FHN Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026