• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dövlət Agentliyi valideynlərə çağırış etdi

CƏMİYYƏT

12 Mart 2024 | 11:19

Dövlət Agentliyi valideynlərə çağırış etdi

Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı yayılan iddialar aidiyyəti qurumların nəzarətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır: "Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir".

Agentlik hazırda tədris prosesinin ənənəvi qaydada davam etdiyini vurğulayıb: "Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026