• Bakı 18° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA

CƏMİYYƏT

03 Sentyabr 2026 | 13:13 | Müəllif: Subhan Mahmudov

Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA

Goranboyda 2 saylı tam orta məktəbin işdən çıxarılan direktoru İlhamə Qasımovanın məktəbin əmlakına zərər vurması ilə bağlı iddialar yayılıb. 

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Məktəb direktorunun vəzifədən azad edildikdən sonra məktəbin sanitar qovşağındakı avadanlıqları, əl-üzyuyanları sökərək öz evinə apardığı iddia olunur. 

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bununla əlaqədar araşdırma aparılıb: “Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən ümumi təhsil müəssisəsində bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması ilə bağlı məsələ mövcuddur.

Hazırda həmin avadanlıqların təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi və problemin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması nəzərdə tutulur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026