• Bakı 25° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Çin Ukraynaya qoşun göndərir? - Rəsmi açıqlama

DÜNYA

25 Avqust 2025 | 00:16

Çin Ukraynaya qoşun göndərir? - Rəsmi açıqlama

Çin hökuməti Avropa İttifaqı diplomatlarına Ukraynada atəşkəs əldə olunarsa, Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altında Ukraynaya sülhməramlılar göndərməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Almaniyanın “Welt” qəzeti Aİ mənbələrinə istinadən məlumat yayıb.

    Bildirilib ki, Çinin bu təklifi Aİ-də heç də birmənalı qarşılanmayıb. Bəzi diplomatlar iddia edir ki, Qərb ölkələri xaricindəki ölkələrin prosesə cəlb olunması sülhməramlı qüvvələri Rusiya üçün daha məqbul edə bilər.

    Digərləri isə Pekinin neytral qalaraq Moskvaya yaxın qala biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

    Qeyd edək ki, təxminən on Avropa ölkəsinin, o cümlədən Litva, Estoniya, Fransa və Böyük Britaniyanın Ukraynaya qoşun göndərməyə hazır olduğu bildirilir.

    ABŞ öz qoşunlarını göndərməkdən imtina etsə də, başqa təhlükəsizlik tədbirləri təklif edəcəyini açıqlayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Oktyabr 2026