• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Cənubi Koreya LNG idxalını 17% artırıb

İQTİSADİYYAT

15 Oktyabr 2025 | 13:23 | Müəllif: Gülşən Şərif

Cənubi Koreya LNG idxalını 17% artırıb

Yaponiya və Çindən sonra dünyanın üçüncü ən böyük mayeləşdirilmiş təbii qaz alıcısı olan Cənubi Koreya 2025-ci ilin sentyabrında LNG idxalını 17% artıraraq 3,91 milyon tona çatdırıb.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə ölkənin gömrük xidməti məlumat yayıb.

Məlumata görə, ölkə üçüncü rüb ərzində bu yanacağın idxalını müqayisə edilə bilən sürətlə artırıb. 

İlk 9 ayda idxal 35,36 milyon tona çatıb ki, bu da ötən ilin göstəricisindən (34 milyon ton) 4% çoxdur.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026