• Bakı 21° C

    0.37 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Cəlilabadda KÜTLƏVİ DAVA: Xəsarət alanlar var

HADİSƏ

08 Noyabr 2023 | 23:00 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda KÜTLƏVİ DAVA: Xəsarət alanlar var

Cəlilabad rayonunda torpaq mübahisəsi ilə bağlı 4 nəfər döyülüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Abışabad kəndində qeydə alınıb.

Belə ki, iki ailənin üzvləri arasında torpaq üstündə yaranan mübahisə daha sonra tərəflər arasında baş verən davaya çevrilib. Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü İsmət İbrahimov, 1998-ci il təvəllüdlü Məlik Qarayev müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin faktla bağlı hazırda Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Təyin olunmuş ekspertizaların rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026