• Bakı 22° C

    5.44 m/s

Bütün hərbçilər Paşinyanın istefasını tələb edir

DÜNYA

27 Fevral 2021 | 22:13

Bütün hərbçilər Paşinyanın istefasını tələb edir

Ermənistanın Silahlı Qüvvələrinin bütün bölmələri ölkənin baş naziri Nikol Paşinyan və hökumətin istefası haqqında tələbi dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müxalifət liderlərindən biri Qeqam Manukyana istinadən "İnterfaks" agentliyi bildirib.

"İndi Ermənistanın Silahlı Qüvvələrinin bütün bölmələrinin komandirləri və şəxsi heyəti Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatına qoşuldular", - Manukyan deyib.

Lakin informasiya hələ rəsmi olaraq təsdiqlənməyib.

Daha əvvəl Paşinyan Baş Qərargah rəisinin istefası barədə təklifi yenidən prezidentə göndərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026