• Bakı 24° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azad edilmiş ərazilərə köç üçün nə qədər pul xərclənəcək?

DÜNYA

05 Yanvar 2026 | 14:10 | Müəllif: Əli Hüseynov

Azad edilmiş ərazilərə köç üçün nə qədər pul xərclənəcək?

Bu il işğaldan azad edilmiş ərazilərdə reinteqrasiya və köç üçün 42 mln. manat ayrılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əhalinin yeni yaşayış şəraitinə adaptasiyası və ailələrin inşa edilmiş evlərə köçürülməsi üçün tədbirlərin icrasına 41,9 milyon manat vəsait proqnozlaşdırılır.

    Məlumata görə, proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, neft-qaz sahələrində fəaliyyəti olmayan qeyri-dövlət sektorunda çalışan sığortaolunanların məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi hesabına subsidiyalaşdırılması üçün 5 milyon manat nəzərdə tutulub.

    Bundan əlavə, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə aylıq ödənişlərin 20 faizi həcmində maliyyə yardımının verilməsi üçün 2 milyon manat vəsait ayrılması planlaşdırılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Oktyabr 2026
    10 Oktyabr 2026