• Bakı 22° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Bu dondurmalar torpağa basdırıldı - VİDEO

CƏMİYYƏT

03 Noyabr 2025 | 18:16 | Müəllif: Subhan Mahmudov

Bu dondurmalar torpağa basdırıldı - VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” vasitəsilə San Marino mənşəli “Special Frutta” əmtəə nişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat məhsullarda metal qırıqlarının aşkar olunması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, AQTA tərəfindən həmin məhsulu ölkəyə idxal edən “Virtus Commerce” MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq plandankənar yoxlama aparılıb. Nəticədə müəssisəyə məxsus anbar sahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçün yarımfabrikat məhsul aşkar edilib və bu məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.

Fiziki çirklənməyə məruz qalmış məhsulların məhv edilməsi “Təmiz Şəhər” ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda torpağa basdırılmaqla həyata keçirilib. 

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində tədbirləri davam etdirir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026