• Bakı 16° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

"BTQ bölgənin nəqliyyat əlçatanlığını möhkəmləndirəcək"

CƏMİYYƏT

01 Iyun 2026 | 17:15 | Müəllif: Əli Hüseynov

"BTQ bölgənin nəqliyyat əlçatanlığını möhkəmləndirəcək"

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiya arasında əlaqələrin güclənməsində mühüm rol oynayan Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatında bildirilib.

    Qeyd edilib ki, yeni dəmir yolu marşrutu regionda əlavə ötürücülük qabiliyyəti yaradır, yük daşımalarının şaxələndirilməsinə əhəmiyyətli töhfə verir və bölgənin nəqliyyat əlçatanlığını möhkəmləndirir.

    "BTQ üzrə yük daşımalarının həcmi ildən ilə artır. Xəttin tam istismara verilməsindən sonra layihənin ötürücülük qabiliyyəti 5 milyon tona qədər artacaq və bu da bölgəyə əlavə yükləri emal etməyə və nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək", - məlumatda deyilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Oktyabr 2026
    10 Oktyabr 2026