• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bruno Lanqa “Qarabağ”da - VİDEO

İDMAN

17 Iyun 2026 | 19:38 | Müəllif: Subhan Mahmudov

Bruno Lanqa “Qarabağ”da - VİDEO

“Qarabağ” sol cinah müdafiəçisi Bruno Lanqanın transferini başa çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında təqdimat videosu paylaşılıb.

Belə ki, Ağdam təmsilçisi İspaniyanın “Almeriya” klubundan transfer etdiyi Mozambik millisinin üzvü ilə müqavilə imzalayıb.

Qeyd edək ki, bu keçiddən öncə Portuqaliyanın “Estrela de Amadora” klubunda icarə əsasında çıxış etmiş 28 yaşlı müdafiəçi Mozambik yığmasının heyətində meydana çıxdığı 38 matçda 2 qola imza atıb. Nüfuzlu “Transfermarkt” saytı oyunçunun bazar dəyərini 1 milyon avro kimi göstərir.

Xatırladaq ki, bundan öncə sözügedən keçid barədə ilk məlumatı tanınmış insayder Fabritsio Romano özünün “X” hesabında yaymışdı.

 

 

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026