• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Bolt”dan daha bir şikayət - Müştərini yarı yolda atıb...

CƏMİYYƏT

14 Fevral 2025 | 10:30 | Müəllif: Əli Hüseynov

“Bolt”dan daha bir şikayət - Müştərini yarı yolda atıb...

“Bolt” sürücüsü iki ünvana ard-arda taksi sifariş verdiyi üçün müştərini yarı yolda qoyaraq, ünvana sürməkdən imtina edib.

Bakıvaxtı.az news24.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən bildirib.

“Sürücü taksiyə minən kimi 2 ünvan qeyd etdiyimi gördü və çox kobud şəkildə etiraz etdi. Dedi ki, ay xanım, 2 ünvan nədir? Mən də bildirdim ki, burada 2-3 ünvan qeyd etmək mümkündürsə, yəni o funksiya varsa, edə bilərəm, haqqımdır. Sürücü “Bolt”u söydü sonra da maşını saxladı və dedi ki, sizi aparmıram”, - o bildirib.

Şirkətdən verilən açılamada qeyd olunub ki, müştəri şikayətini tətbiq vasitəsilə bildirməlidir: “Əsas budur. Belə halda tədbirlər görülür. Əlbəttə ki, sürücü tərəfindən bu cür davranış qəbuledilməzdir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026